|
Eks-prezidentin tərəfdarı vəhşicəsinə döyüldü

Ukraynanın Kremençuq şəhərində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin tərəfdarı döyülüb.

Trend-in məlumatına görə, vəhşicəsinə döyülən Oleq Filipas bu zorakılığa yaşadığı mənzildə məruz qalıb.

 

Filipasın üç nəfər maskalı şəxs tərəfindən döyüldüyü deyilir.

Araşdırma başlayıb. Naməlum şəxslər axtarışa verilib.