|
Əməliyyatla kişi olan Rüzgar saqqalını qırxdı

5 il əvvəl əməliyyatla kişi olan və bu səbəbdən sənətindən uzaq düşən aktyor Rüzgar Erkoçlar yenidən efirə qayıdıb.

O, baş rolda oynadığı “Öyrenci Kafası: Soygun” adlı film ilə yenidən tamaşaçı qarşısına çıxacaq.

Mayın 11-dən nümayiş olunacaq ekran işinin ötən gün qala gecəsi keçirilb.

Bir vaxtlar saqqalı çıxsın deyə əlindən gələni edən Rüzgar bu dəfə mərasim üçün saqqalını qırxdırıb.

Qeyd edək ki əməliyyatdan öncə adı Nil olan aktyor ötən il Tuba Beyazoğlu ilə ailə qurub.