|
Cennifer yenə möhtəşəm idi
Müğənni Cennifer Lopez yenə də medianın nəzərini üzərinə cəmləməyi bacarıb. 
48 yaşlı ulduz Las-Veqasda “Billboard Latin Music Awards – 2018” mükafatlandırma gecəsinə qatılıb. Əvvəlcə gümüşü rəng bel dekolteli, parlaq mini libasda fotoqraflara poz verən Cey Lo daha sonra səhnəyə çıxıb. 
Başdan-ayağa qızılı rəngə bürünən Cennifer möhtəşəm səhnə şousu ilə hər kəsi özünə heyran qoyub.