|
XİN: Azərbaycan Cənubi və Şimali Koreya arasında danışıqları alqışlayır

Azərbaycan Cənubi Koreya və Şimali Koreya arasında danışıqları alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Biz Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli görüşü alqışlayırıq və ümid edirik ki, danışıqlar Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək”.