|
Sumqayıt sakini qayınanasını döyüb

Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb.

Hadisə şəhərin 10-cu mikrorayonda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Əntiqə Nurbala qızı Orucova kürəkəni, şəhər sakini, 1975- ci il təvəllüdlü Elşən Çərkəz oğlu Babayev tərəfindən döyülüb.

57 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.