|
Şimali Koreya və Cənubi Koreya liderləri arasında danışıqlar başlayıb

Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In danışıqlara başlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, danışıqlar demilitarizasiya zonasının cənubunda keçir.

 

Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə edəcəklər.