|
Bakıda avtomobil dəmir yol ayrıcısına çırpılıb, 1 nəfər ölüb

Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində  ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.