Elşad Abdullayevin Bakıya qaytarılması gündəmdə Onun Eldar Mahmudovla işbirliyinə artıq şübhə yeri qalmayıb Keçmiş millət vəkili Hüseyn Abdullayevin Azərbaycana gətirilməsindən sonra növbə ABU-nin keçmiş rektoru Elşad Abdullayevdədir. CİA.AZ saytına daxil olan məlumata görə bunu göz önünə gətirən keçmiş rektor 10 gündən bir yaşayış yerini dəyişir və mühafizə altında yaşayır. Çox maraqlıdır ki, hazırda Elşad Abdullayevin MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovla əlaqələri də gündəmə gətirilir. Bildirilir ki, Gülər Əhmədova hadisəsindən bir müddət öncə Eldar Mahmudovun yaxın adamı Parisə gedərək Elşad Abdullayevlə görüşüb və hakimiyyətin ən yuxarı eşalonunda olan bir neçə şəxsin ləkələnməsi üçün oyun qaydaları bir daha dəqiqləşdirilib. Həqiqətən də Elşad Abdullayevin videoları ortaya çıxandan sonra cəmiyyət bir şok yaşadı və uzun müddət çşqınlıq hökm sürdü. Sözsüz ki, bunları Elşad Abdullayevə heç kim bağışlamayacaq və ilk fürsətdə onun Bakıya gəlişi təmin olunacaq.Xatırladaq ki, indinin özündə də Elşad Abdullayev İnterpol xəttiylə axtarışdadır.
CİA.AZ
