Ermənistanda baş verən son proseslər Dağlıq Qarabağ probleminin həlli üçün yeni imkanlar yaradıb. Ekspertlər hesab edir ki, hazırda Azərbaycan istənilən an müharibəyə başlaya bilər və ciddi uğurlar əldə edə bilər. Nəyə görə?
- İlk olaraq hazırda Ermənistanda siyasi hakimiyyət iflic durumdadır və ölkə faktiki olaraq idarə olunmur. Buna görə hər zaman Ermənistan üzərində hökmünü saxlayan Rusiya hakimiyyəti bərk narahatdır və artıq bir neçə rəsmi şəxs Ermənistana gedib və durumu nəzarətə götürməyə çalışırlar.
- Bu gün Ermənistan ordusu kifayət qədər siyasiləşib və faktiki olaraq ordunun özü də iki yerə parçalanıb. Bir qanad Serj Sarksyana sadiqdirsə, digər qanad inqilabçıların yanındadırlar. Ordunun parçalanmış duruma düşməsindən başqa , həm də illər boyu ordudakı korrupsiya halları erməni əsgərini tam ümidsiz hala salıb.
- Ermənistanda ilk dəfədir ki, yerli ermənilərin Qarabağ ermənilərinə nifrəti açıq şəkildə hissi olunur və sabah müharibə olarsa Ermənistandan Dağlıq Qarabağa gedəcək könüllü tapmaq mümkünsüz olacaq. Elə buna görə də Dağlıq Qarabağ ermənilərinin lideri təcili olaraq inqilabçılarla görüşdü və müəyyən məsələlərdə razılığa gəlməyə çalışdı.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Dağlıq Qarabağ savaşı başlayarsa Azərbaycan ordusu çox qısa müddətdə qələbəni təmin edə bilər.
CİA.AZ
