Ermənistanda baş verən "məxməri inqilab" deyəsən regionda ümumi canlanma yaradıb. Görünür bu səbəbdən Azərbaycandakı radikal müxaliflər hesab edir ki,bu olay Azərbaycanda da təkrarlanacaq. Maraqlıdır, bu fikirlərin nə qədər əsası var?Gəlin ardıcıllıqla Ermənistanda baş verənlərin mahiyyətinə diqqət ayıraq.
Ermənistanda lobbi gücü
Ermənistranda baş verən proseslərə bir başa təsir edən əsas güclərdən biri və birincisi ABŞ-da və Avropada fəaliyyət göstərən erməni lobbisidir. Hələ beş il öncə lobbi liderləri açıq şəkildə bəyan etdilər ki, Serj Sarksyan hakimiyyətinə heç bir maddi dəstək verilməyəcək. Hətta lobbinin aparıcı simalarından olan Şarl Aznavur bildirdi ki, Ermənistana ayrılan vəsaitləri Serj Sarksyan şəxsi maraqları üçün istifadə edir və buna görə əməkdaşlıqdan imtina edir.Beş il ərzində demək olar ki, lobbi ilə Ermənistan hakimiyyəti arasındakı bütün körpülər yandırıldı. Nəticə isə göz qabağındadır. Azərbaycana gəldikdə isə durum fərqlidir. Belə ki, Azərbaycandan kənardakı diasporamız açıq şəkildə mövcud hakimiyyəti dəstəkləyir və ümumi həmrəylik müşahidə olunur.
Ermənistanda Robert Köçəryan faktoru
Serj Sarksyanın çıxılmaz duruma düşməsi həm də keçmiş komanda yoldaşlarının ona qarşı çıxması oldu. Öncə keçmiş prezident Robert Köçəryan, Serj Sarksyana qarşı çıxdı və bütün resurslarını keçmiş baş nazirə qarşı yönəltdi. Bunun ardınca keçmiş müdafiə naziri Seyran Ohanyanda Serj Sarksyanı hədəfə aldı. Bununla da ilk dəfə Ermənistandakı Qarabağ klanı daxilində parçalanma yarandı. İtirən isə Serj Sarksyan oldu. Azərbaycana gəldikdə isə aydındır ki, İlham Əliyevə bu gün alternativ yoxdur və cəmiyyət bütövlükdə prezidentə dəstəyini verir. Yəni İlham Əliyevə müxalif olan qüvvələrin heç bir sosial bazası yoxdur və seçkilərdə bunu bir daha gördük.
Ermənistanda ordunun narazılığı
Ermənistanda inqilabın baş tutmasına 4 aprel məğlubiyyətinin də ciddi təsiri oldu. Hər zaman ordusu ilə fəxr edən Serj Sarksyan 4 aprel məğlubiyyətindən sonra çökdü. Aydın oldu ki, Ermənistan ordusu acınacaqlı haldadır və korrupsiya halları tüğyan edir. Serj Sarksyan durumunu yaxşılaşdırmaq üçün bir neçə generalı istifaya göndərdi. Amma ordu heyəti yaxşı bilirdi ki, korrupsiyanın başında elə Serj Sarksyanın özü durur. Buna görə son olaylarda ordu da Serj Sarksyana qarşı çıxdı.Azərbaycana gəldikdə isə 4 aprel olayları təsdiq etdi ki, Azərbaycan ordusu mükəmməl bir orduya çevrilib və Ali Baş komandanın əmrinə hazırdırlar. Bu gün ordunun adi əsgərindən tutmuş, zabit heyətinə qədər hər bir kəs İlham Əliyevin yanındadırlar.
Bütün bunları cəmləşdirərək deyə bilərik ki, Azərbaycanda sabitliyi pozacaq güc ola bilməz və xalq İlham Əliyevə dəstəyini sona qədər verəcək.
“CİA.AZ”-in Analitik Qrupu
