|
Nazim İbrahimov bağını satdı

Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Novxanıda yerləşən bağını satmalı olub.

CİA.AZ saytına daxil olan məlumata görə Nazim İbrahimov bir neçə ildir ki, bankdan götürdüyü 15 milyon manat pulu geri qaytara bilmirmiş. Belə ki, illər öncə Nazim İbrahimov Xutor qəsəbəsinin yanında 16 mərtəbəli bina tikdirmişdi. Amma sonradan bu bina söküldü və tikintiyə sərf olunan vəsait demək olar ki,batdı. Bununla yanaşı binadan mənzil alanlarında pulunu geri qaytarmalı oldu ki, bunun nəticəsində Nazim İbrahimov ümumilikdə 15 milyon manat ziyana düşdü.Bu vəsaiti geri qaytarmaq üçün isə Nazim İbrahimov bir tərəfdən komitənin büdcəsində ki, vəsaitdən istifadə etdi, digər tərəfdən isə daşınmaz əmlaklarını satdı.Son satdığı əmlak isə Novxanıda yerləşən bağı oldu.

CİA.AZ