|
Meksikada maşında 5 ölü tapılıb

Meksikanın Kankun kurort şəhərində qaçırılmış avtomobilin salonunda 5 nəfərin meyiti tapılıb.

Trend-in verdiyi xəbərə görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

 

Qorxunc tapıntı barədə polisə naməlum şəxs tərəfindən telefonla məlumat verdiyi bildirilir.

Cəsədlərin üzərində zorakılıq əlamətləri aşkar edilib.