|
ABŞ ballistik raketi sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III ballistik raketini sınaqdan keçirib.

Trend-in verdiyi xəbərə görə, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, bu cari ildə həyata keçirilən ilk sınaqdır.

Ballistik raket Kaliforniya ştatının cənubunda yerləşən “Vandenberq” bazasından havaya buraxılıb.