|
Hindistanda ağır yol qəzası -

Hindistanın şimalında məktəbli avtobusunun qatarla toqquşması nəticəsində 12 nəfər şagird həlak olub.

Trend-in məlumatına görə, məktəblilərlə dolu avtobus məktəb istiqamətində irəliləyərkən qatarla toqquşub.

 

Daha 12 nəfərin yaralandığı deyilir.

Yaralılar Kuşinaqar şəhərində yerləşən xəstəxanaya çatdırılıb.