|
Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”

Fransa Suriyada hərbi iştirakını artıracaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz Suriyadakı beynəlxalq koalisiyanın fəaliyyətinə verdiyimiz töhfəni artırmaq niyyətindəyik.  İŞİD-lə mübarizə məsələsində bütün öhdəliklərimizə sadiqik. Biz bu ümumi mübarizədə iştirak edirik və bunu sonadək davam etdirəcəyik. Bölgədəki təhlükəsizliyi möhkəmləndirmək üçün müttəfiqlərimizlə birlikdə çalışacağıq”, deyə E.Makron qeyd edib.