Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə “Real”ı qəbul edən “Bavariya” ciddi itki ilə üzləşib.
Qol.az-ın məlumatına görə, Münhen klubunun yarımmüdafiəçisi Aryen Robben matçın 4-cü dəqiqəsində zədələnib. Rəqiblə toqquşmadan sonra zədə alan hollandiyalı futbolçu oyunu davam etdirə bilməyib.
Nəticədə o, Tiaqo Alkantara ilə əvəzlənib
