|
İrəvanda insanlar yenə etiraz aksiyası üçün toplaşırlar

Ermənistan paytaxtı İrəvanda nümayişçilər Respublika Meydanına toplaşmağa başlayıblar. Burada saat 11:00-da müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi altında etiraz aksiyası keçirilir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Xatırladaq ki, N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirirək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib.

Müxalifətçi aprelin 25-də etiraz aksiyalarını davam etdirməyə və republikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib.