|
Bakıda sağlamlıq mərkəzində yanğın

Bakının Xətai rayonunda yanğın olub.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 170 m² olan sağlamlıq mərkəzinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.