|
ABŞ Senatı MTA-in yeni direktoru vəzifəsinə Nakasonenin namizədliyini təsdiqləyib

ABŞ-ın Milli Təhlükəsilik Agentliyinin yeni direktoru vəzifəsinə ölkənin Senatı general-leytenant Pol Nakasoneni təsdiqləyib.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, Nakasone həmçinin Birləşmiş Ştatlar Ordusu Kiber Komandanlığına da başçılıq edəcək.

 

Onun namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülmüşdü.