“Çelsi” “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini transfer etmək istəyir.
Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Biildirilir ki, London təmsilçisi 26 yaşlı müdafiəçinin keçidi üçün 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kulibali 2014-cü ildən “Napoli”nin şərəfini qoruyur.
