“Bizdə fantastik atmosfer və güclü komanda ruhu var. Yalnız bu əhval-ruhiyyə ilə qalib gəlmək olar”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la sabah keçiriləcək oyun haqda danışarkən deyib.
Almaniyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında nikbin olduğunu bildirib: “Favoritin kim olduğunu deyə bilmərəm. Ancaq hiss edirəm ki, yaxşı olacaq. Çempionlar Liqasının yarımfinalında ancaq güclü komandalar olur. Rəqibimizə hörmət edirik”
