|
Sabiq “Qalatasaray”lı İtaliya klubunda

“Qalatasaray”ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvat mütəxəssis karyerasını İtaliyada davam etdirəcək.

Belə ki, Tudor “Udineze” ilə anlaşıb. 40 yaşlı məşqçi hazırda Udinedədir və müqavilənin maliyyə detallarını razılaşdırır. 
Qeyd edək ki, “Udineze” hazırda “A” seriyasında 15-ci yeri tutur. Bu nəticə klub rəhbərliyini qane etmədiyindən Massimo Oddo baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb