|
Makron ABŞ-a dövlət səfərinə gəlib

Fransa prezidenti Emmanuel Makron ABŞ-a dövlət səfərinə gəlib.

Trend-in məlumatına görə, Fransa prezidentinin təyyarəsi Vaşinqtonun yaxınlığında Endryüs hərbi-hava bazasında enib.

 

ABŞ-a səfəri çərçivəsində Emmanuel Makron prezident Donald Trampla görüşəcək və ABŞ Konqresində çıxış edəcək.