|
Reuters: Torontoda mikroavtobusun insanların üzərinə sürülməsi terror aktı kimi dəyərləndirilir

İstintaq Torontoda mikroavtobusun insanların üzərinə sürülməsini terror aktı kimi dəyərləndirir.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə ABŞ-ın xüsusi xidmət orqanlarından mənbə bildirib.

Mənbə qeyd edib ki, hələki insidentin adi yol qəzası olmasını təsdiqləyən əsaslar yoxdur.

Qeyd edək ki, Kanadanın Toronto şəhərində aprelin 23-ü yerli vaxtla saat 13:30-da naməluma şəxs mikroavtobusu piyadaların üzərinə sürüb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Mikroavtobusun sürücüsü polislər tərəfindən saxlanılıb.