|
Sneyder millidəki karyerasını başa vurur - rəsmi

Hollandiya millisinin futbolçusu Uesli Sneyder bu il yığmadakı karyerasını başa vuracaq.

Qol.az-ın Hollandiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.

Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır.