Moskva Məhkəməsi Saxalin vilayətinin qubernatoru Aleksandr Xuroşavin barədə həbs qərarı verib.
ANS PRESS-in məlumatına görə, prokuror bildirib ki, aprelin 27-ə qədər həbsdə qalacaq qubernator ittiham edildiyi rüşvət işi ilə bağlı şahidlərə təzyiq edə, sübutları məhv edə bilər.
Qeyd edək ki, qubernator istilik elektrik stansiyasının blokunun tikintisi üçün $5,6 milyon rüşvət almaqda ittiham olunur.
Məhkəmə qarşıdakı aylarda işə baxıb hökm çıxarmalıdır. Bundan əvvəl onun müşviri də eyni işlə bağlı həbs edilib.
