Rusiyalı model İrina Şeyk Barselona Moda Həftəsinə qatılıb.
Model ilk dəfə nişan üzüyünü nümayiş etdirib. Ortasında iri zümrüd qaş, ətrafı brilyant qaşlarla bəzədilən üzük qeyri-adiliyi ilə seçilib. Britaniyalı aktyor Bredli Kuperlə nişanlı olan İrina qara libas seçimi edib.
Qeyd edək ki, 32 yaşlı şeyklə 43 yaşlı Kuper 2015-ci ilin yazından görüşür. 2017-ci il martın 21-də cütlüyün Leya de Syen adlı qızı dünyaya gəlib.




