Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə valideyn olublar.
Cütlüyün oğlu dünyaya gəlib. 4 kiloqrama yaxın (3 kiloqram 827 qram) çəkisi olan körpə bu gün səhər saatlarında doğulub. Məlumatı Kensinqton sarayından da təsdiqləyiblər: “Şahzadə ilə yeni doğulan körpəsi özünü yaxşı hiss edir. Kral ailə üzvləri çox xoşbəxtdir”.
Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, 2 yaşlı Şarlotta adlı qızı var
