|
Məşhur aktyor 3-cü dəfə ata oldu

Məşhur cütlük – Dueyn Consonla Loren Xaşian ikinci dəfə valideyn olublar.

Bu barədə 45 yaşlı aktyor sosial şəbəkədə foto paylaşaraq xəbər verib.

O, qızının adının Tiana olduğunu bildirib.

Xatırladaq ki, 9 ildir münasibətdə olan Consonla Xaşianın Jasmin adlı 2 yaşlı qızı da var. Aktyor ilk nikahından Simon adlı 16 yaşlı daha bir qız atasıdır.