|
Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən məlum oldu

Serj Sarkisyanın istefasından sonra Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyan baş nazir vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

 

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Bu gün S.Sarkisyan istefa verdiyini açıqlayıb.