|
Bakıda avtomobil yol kənarına aşdı:

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində - Xocasən yolunda "Opel" markalı, 99 CT 234 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.