|
Kabildə partlayış qurbanlarının sayı 57-ə çatıb

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışın qurbanlarının sayı 57 nəfərə çatıb.

Trend-in verdiyi xəbərə görə, ölkənin Səhiyyə nazirliyi hadisə nəticəsində daha 119 nəfərin xəsarət aldığını bildirib.

 

Xatırladaq ki, aprelin 22-də səhər saatlarında Kabildə terrorçu-kamikadze tərəfindən partlayış törədilib.