|
Şimali Koreyada turist avtobusunun körpüdən aşması nəticəsində azı 30 nəfər ölüb

Şimali Koreyada turist avtobusunun körpüdən aşması nəticəsində azı 30 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hələlik ölənlərin milliyyəti, qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.

 Bundan əvvəl Hindistanın Qərbi Benqaliya ştatında analoji qəza nəticəsində 35 nəfər ölüb.