|
Araz ehtiyatda qaldı

Kipr çempionatında 33-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” səfərdə APOEL-in qonağı olub.

Araz əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşma həmyerlimizin 
klubunun 1:3 hesablı yenilgisi ilə tamamlanıb.

Ardıcıl üçüncü oyunda da qələbə qazana bilməyən “Anortosis” hazırda 65 xalla turnir cədvəlində üçüncü yeri tutur.