|
Pekinin Şoudu aeroportunda reyslər təxirə salınıb - SƏBƏB?

Pekinin Şoudu aeroportunda 97 reys təxirə salınıb.

Trend-in məlumatına görə, bu qərar qeyri-sabit hava şəraiti ilə əlaqədar qəbul edilib.

 

Belə ki, meteoroloqlar güclü yağış proqnozlaşdırıblar.

Məlumata görə, ləğv edilən reyslərin əksəriyyəti daxili reyslərdir.