|
Zalsburqda qatarlar toqquşdu

Avstriyanın Zalsburq vağzalında iki qatar toqquşub. Trend-in məlumatına görə, səhər saatlarında baş verən qəza zamanı təxminən 40 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, qəza lokomotivə vaqon qoşarkən Sürix-Vyana marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşma nəticəsində baş verib.

Qəzadan sonra qatarların hərəkətində ləngimə qeydə alınmayıb.