|
Bakı-Quba yolunda orta yaşlı kişini maşın vuraraq öldürüb

Bakı-Quba magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə magistralın Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Təqribən, 40-45 yaşlı kişini maşın vuraraq öldürüb. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.