|
Qubada 3 otaqlı ev yanıb

Qubada yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Alpan kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.