Macarıstan Respublikasının Szent İstvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü ilə Macarıstanın nüfuzlu universitetlərindən biri olan Sent İstvan Universitetində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İstvan Universitetinin və eyni zamanda Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə 26 aprel 2018-ci il tarixində "Regionaların Davamlı İnkişafı" mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxaq Elmi Konfransı keçiriləcək.
Musavat.com-a verilən məlumata görə konfransda Azərbaycan, Rumuniya, Misir və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin və 32 ölkədən olan 100-ə yaxın gənc alimlərin iştirakı gözlənilir. Konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq eyni zamanda konfransda iştirak edən gənc alimlərin elmi məqalələri Szent İstvan Universitetinin və Varşava Təbitət Elmləri Universitetinin elmi jurnallarında çap olunacaq.
Gənc Alimlərin 1-ci və 2-ci Beynəlxaq Elmi Konfransları 2015-2016-cı illərdə gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılğı ilə Varşava Təbiət Elmləri Universitetində təşkil edilib.
