|
İndoneziyada baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 2 mindən çox insan xüsusi sığınacaqlara yerləşdirilib.

Məlumata əsasən, 4,4 maqnitudalı təkanlar yüzlərlə yaşayış evi, məktəb və məscidlərə ziyan vurub. 

Yerli vaxtla saat 13:30-da qeydə alınan zəlzələnin episentri Bancarneqara şəhəri yaxınlığında yerləşib.