Dramaturq Ramiz Abdullayevin “Biznesmen” əsəri əsasında film çəkiləcək.
Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Nail Naiboğludur. Rejissor filmin komediya janrında olduğunu bildirib:
“Baş rolu xalq artisti Arif Quliyev ifa edəcək. Çəkilişlər noyabrda Bakıda aparılacaq. Bununla bağlı bəzi yaradıcı işlərimə ara verəcəm. Vaxtımı bu filmə həsr edəcəm. Ekran işində eyni zamanda oğlum Hüseyn də çəkiləcək”.
