|
Bir ailənin 4 üzvü balıqdan zəhərləndi

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Hünanlar yaşayış massivində bir ailənin 4 üzvü, ilkin ehtimala görə, balıqdan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunda qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilən yerli sakinlərin şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur.

Daha iki nəfərə isə yerində yardım göstərilib.