|
Azərbaycan OPEK+ monitorinq komitəsinin iclasında iştirak edəcək

Azərbaycan OPEK+ monitorinq komitəsinin aprelin 20-də keçiriləcək nazirlər iclasında təmsil olunacaq.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq iclasda energetika nazirinin müavini Samir Vəliyev iştirak edəcək.

Qeyd edək ki, OPEK+ monitorinq komitəsi neft hasilatının azaldılması üzrə öhdəliklərin üzv ölkələr tərəfindən icrasına nəzarət məqsədi ilə yaradılıb.