|
Azərbaycanda pambıq və tütün istehsalçılarına dəstək artırılır

Sahibkarlığa Kömək Milli Fondu Azərbaycanda pambıq və tütün istehsalçılarına dəstəyi genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev mətbuat konfransı zamanı deyib.

 

O bildirib ki, hazırda Fond pambıq və tütün istehsalçılarına kiçik faiz dərəcəsi ilə kreditlərin verilməsi üçün “Aqrarkredit” bank olmayan kredit təşkilatı ilə danışıqlar aparır.