|
Azərbaycan bankı investisiya şirkəti yaradıb

"Bank BTB" "BTB Kapital" adlı investisiya şirkəti yaradıb.

 

Trend-in məlumatına görə, şirkətin nizamnamə kapitalı 350 min manat təşkil edir.

 

"BTB Kapital" rəsmi nümayəndəsi Rüstəm Cəfərovdur.

 

Hazırda Azərbaycanda ümumi dövriyyəsi 4,3 milyard manat olan 5 investisiya şirkəti fəaliyyət göstərir.