|
Aquero əməliyyat olundu

“Mançester Siti”nin hücumçusu Serxio Aquero əməliyyat olunub.

Qol.az xəbər verir ki, bu haqda argentinalı forvard özü Tvitter vasitəsi ilə məlumat yayıb: 

“Dizimdən əməliyyat olundum və hazırda bərpa dövrünə başlamışam. Tezliklə meydana qayıtmaq üçün tam gücümlə çalışıram”.

Qeyd edək ki, Aqueronun bərpa dövrünün müddəti məlum deyil.