|
Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda son 40 il ərzində ilk dəfə olaraq kinoteatr fəaliyyət göstərəcək.

Trend-in məlumatına görə, kinoteatrların işinin bərpa olunması kral Abdulla adına maliyə mərkəzində yerləşən 620 nəfərlik kinozalda “Qara pantera” filminin nümayişi ilə başlanacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanda kinoteatrların fəaliyyətinə 1983-cü ildə kral Fəhdin göstərişi ilə xitam verilib.