|
Nəhayət, birlikdə şəkil paylaşdılar

Müğənni Murad Dalkılıç ilə aktrisa Hande Erçel artıq sevgili olduqlarını gizlətmirlər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə aydır eşq yaşayan cütlük ilk dəfə birlikdə fotosunu paylaşıb.

Hazırda ABŞ-ın Kaliforniya ştatında olan cütlük restoranlardan birində çəkdirdikləri şəkli İnstaqram səhifələrində yeləşdiriblər.

 

Murad və Handenin fotosu çox bəyənilib, izləyiciləri onları yaraşdırdıqlarını söyləyiblər.

 

Qeyd edək ki, cütlüyün sevgili olması Erçelin bacısının doğum günündən sonra bəlli olub.

Xatırladaq ki, Murad daha əvvəl aktrisa Merve Boluğurla evli olub. İki illik evlilik ötən ilin sentyabrında bitib.