|
Küçədə hamı mənə "xala" deyir -

"İstanbullu gəlin" serialında "Süreyya"nın (Aslı Enver) xalası "Senem"i canlandıran aktrisa Neslihan Yeldan proqramlardan birinin qonağı olub.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı aktrisa maraqlı müsahibəsi ilə yadda qalıb.

Neslihan bildirib ki, "xala" deyilməsin deyə həmişə özünü cavan saxlamağa çalışsa da, adıçəkilən ekran işindən sonra onu hər kəs, hətta özündən böyüklər də "xala" deyə çağırırlar.

Bir oğlu olan Yeldan onu tək başına böyütdüyünü söyləyib:

"Aslan adında bir oğlum var. Ona həm atayam, həm ana. Sosial media paylaşımlarımın altına çox vaxt yazırlar ki, möhtəşəm anayam. Əslində, mən də hamı kimiyəm. Hər bir ana kimi mən də uşaq üçün hər şeyin ən yaxşısını istəyirəm. Bircə onu bilirəm ki, ana olduqdan sonra 180 dərəcə dəyişdim. Yediyimdən, içdiyimdən, geyimimdən, xarakterimdən tutmuş, həyata baxışıma kimi hər şey dəyişdi. Ana olmaq - dünyanın ən gözəl, amma çox çətin işidir. Hər evlənən uşaq sahibi olmaq məcburyiyətində deyil. Həqiqətən doğru, düzgün bir insan yetişdirə biləcək cəsarətiniz varsa, uşağınız olsun".