|
Rusiya Türkiyə pomidorları ilə bağlı qərarı dəyişəcək?

Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib.

 

Baş nazirin müavini deyib ki, hələ vəziyyət araşdırılacaq: "May ayından başlayaraq öz istehsalımız olan pomidorlar bazara çıxarılacaq. Ona görə yay mövsümündə kvotanın artırılmasından söhbət gedə bilnməz. Payıza yaxın isə bu məsələ ilə ilə bağlı yenidən düşünmək olar".